"Sabirabadxəbər" məlumat verir ki, Sabirabad rayonunda fəaliyyət göstərən Murad Mirzəyev adına Sabirabad MMA idman klubunun məşqçi və idmançıları Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anadan olmasının 50 illiyi münasibətilə onun məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. İdmançılar bildiriblər ki, Murad Mirzəyev kimi qəhrəmanların həyat yolu və vətənə bağlılığı gənc nəslə örnəkdir və onların vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır.
Tədbir iştirakçıları qeyd ediblər ki, bu cür ziyarətlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığını daha da gücləndirir, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına xidmət edir.