"Sabirabadxəbər" bildirir ki, 31.03.2026-cı il tarixində Yevlax Gənclər Evi SXM-də Yevlax rayonu üzrə gənclər və idman sektorunun, Yevlax Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə “Unudulmayan tarix” adlı görüş keçirilmişdir.
✅Görüşün keçirilməsində əsas məqsəd 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənclərə tarixi həqiqətlərin çatdırılması, milli yaddaşın qorunub saxlanılması, vətənpərvərlik ruhunun aşılanması və gələcək nəsillərin bu hadisələrdən düzgün nəticə çıxarmasına töhfə vermək olmuşdur.