sabirabadxeber.az / Anar Əzimov vəzifəsimdən azad olundu

Anar Əzimov vəzifəsimdən azad olundu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov vəzifəsindən azad olunub.

"Sabirabadxəbər.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, A.Əzimov 4 ildən artıqdır tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, A.Əzimov 2021-ci ilin oktyabrından AXA sədrinin müavini vəzifəsində çalışırdı.

30.01.2026 » 11:18
Geri