sabirabadxeber.az / Mingəçevirdə 31 Mart qurbanlarının xatirəsi anıldı

Mingəçevirdə 31 Mart qurbanlarının xatirəsi anıldı

"Sabirabadxəbər" xəbər verir ki, 31.03.2026-cı il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin və “Kür” OTİM-in kollektivinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət edilib. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. 

📌Eyni zamanda, 31 Mart soyqırımı münasibətilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə dəyirmi masa formatında görüş təşkil olunmuşdur. 

🎬İştirakçılar üçün mövzuya həsr olunmuş videoçarx nümayiş olunub, videoçarxın nümayişindən sonra mövzu ətrafında müzakirələr aparılıb. 



31.03.2026 » 17:47
Geri