Beyləqanda sərbəst güləş üzrə rayon turniri keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə sərbəst güləş üzrə Beyləqan rayon turniri keçirilmişdir.
📌 Yarışın əsas məqsədi idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, idmançıların yarış təcrübəsinin artırılması, həmçinin idmanın kütləvi şəkildə təbliği və təşviqidir.
📌 Yarışın yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdur.