sabirabadxeber.az / Marafon İK final yolunda: Sabirabad birliyə səslənir!

Marafon İK final yolunda: Sabirabad birliyə səslənir!

Əziz Sabirabadlılar!


Rayonumuzu AFFA Region Liqasında təmsil edən Marafon İK komandası addım-addım finala doğru inamla irəliləyir! 

İlk oyunda Qobustan FK üzərində möhtəşəm 7:0 hesablı qələbə qazanan komandamız yaxın günlərdə cavab oyununa çıxacaq. Bu mərhələni uğurla keçəcəyimiz təqdirdə isə 1/4 finalda Ramana FK ilə qarşılaşacağıq.

Unutmayaq ki, azarkeş – 12-ci oyunçudur! 

Gəlin birlikdə komandamızın yanında olaq, onlara güc verək və Marafon İK-nı daha böyük uğurlara daşıyaq!

Sizin dəstəyinizlə Sabirabadı gələn il II Liqada görmək mümkündür! 

Bütün Sabirabadlıları və Marafon azarkeşlərini komandamıza dəstək olmağa çağırıram!



31.03.2026 » 16:00
Geri