Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.