sabirabadxeber.az / Polisdən əməliyyat: saxlanılanlar var

Polisdən əməliyyat: saxlanılanlar var

Martın 28-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

29.03.2026 » 11:33
Geri