Bakıda qayda pozan, təhlükəli manevrlər edən motosiklet sürücüsü ilə bağlı araşdırma aparılıb.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, görüntülərdə əks olunan motosikletin sürücüsü müəyyənləşdirilib:
"Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək iş baxılması üçün aidiyyəti məhkəməyə göndərilib".