sabirabadxeber.az / Qəza - Ölən var+Video

Qəza - Ölən var+Video

Naftalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, qəza Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini 1963-cü il təvəllüdlü Zamir Nağıyev hadisə yerində vəfat edib.  

Faktla bağlı araşdırma aparılır.

27.03.2026 » 21:31
Geri