sabirabadxeber.az / Qobustanda ağır qəza - Ölən var

Qobustanda ağır qəza - Ölən var

"Sabirabadxəbər” xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

27.03.2026 » 19:00
Geri