sabirabadxeber.az / Maşın 4 yaşlı uşağı vurdu

Maşın 4 yaşlı uşağı vurdu

Lənkəran rayonunda uşağı maşın vurub. 

"Sabirabadxəbər"  bölgə müxbirinə istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı maşın 4 yaşlı A.Makarovanı vurub. 

Sürücü azyaşlını sözügedən avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

26.03.2026 » 15:01
Geri