sabirabadxeber.az / Gizlədilmiş silahlar əməliyyatla ələ keçirildi

Gizlədilmiş silahlar əməliyyatla ələ keçirildi

Martın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 1080 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

N.Quliyeva

26.03.2026 » 12:44
Geri