sabirabadxeber.az / Azərbaycan millisi Litvaya böyük hesabla uduzdu

Azərbaycan millisi Litvaya böyük hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Sabirabadxəbər" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan yığma səfərdə Litva millisi ilə qarşılaşıb.
Kaunasdakı "Raudondvario" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 millisi martın 28-də Şimali İrlandiyaya ilə qarşılaşacaq.

N.Quliyeva

25.03.2026 » 22:24
Geri