sabirabadxeber.az / 13 yaşlı uşaq  - Barmağını itirdi...

13 yaşlı uşaq  - Barmağını itirdi...

Göygöl rayonunda bədbəxt hadisə baş verib.  

“Sabirabadxəbər” xəbər verir ki, hadisə martın 22-si saat 22 radələrində qeydə alınıb.  

Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlləri əzilərək deşilib və 1 barmağı amputasiya olunub.  

Faktla bağlı araşdırmalar aparılır

N.Quliyeva

25.03.2026 » 12:00
Geri