sabirabadxeber.az / Maşınını təmir edərkən xəstəxanalıq oldu

Maşınını təmir edərkən xəstəxanalıq oldu

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Sabirabadxəbər” Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn “Volkswagen” markalı sərnişin daşıyan mikroavtobus vurub.

Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. 


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

24.03.2026 » 18:00
Geri