sabirabadxeber.az / Millimiz iki yoldaşlıq görüşü keçirəcək

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

Azərbaycanın futzal millisi apreldə daha iki yoldaşlıq oyunu keçirəcək.

“Sabirabadxəbər” xəbər verir ki, yığmamız aprelin 13-ü və 15-i Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, millimiz aprelin 9-u və 11-i isə Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.

N.Quliyeva

24.03.2026 » 16:37
Geri