sabirabadxeber.az / Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Gürcüstanda son bir neçə gün ərzində 105 xarici vətəndaş ölkədən çıxarılıb.

"Sabirabadxəbər" Modern.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində 20-dən çox ölkənin vətəndaşları deportasiya olunub. Onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya və Azərbaycan vətəndaşları da var.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin hamısına qanunvericiliyə uyğun olaraq 5 ilədək Gürcüstana yenidən giriş qadağası tətbiq edilib

N.Quliyeva

24.03.2026 » 14:39
Geri