Türkiyənin İstanbul şəhərində həbsxanaya məxsus, məhbusları daşıyan nəqliyyat vasitəsi aşıb.
“Sabirabadxəbər.az” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəEyüpsultan rayonunda baş verib.
Məlumata görə, qəzada 2-si ağır olmaqla 19 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə çoxlu sayda tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.