sabirabadxeber.az / Narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edildi.-FOTO

Narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edildi.-FOTO

Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər tutulub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar.

Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

N.Quliyeva

23.03.2026 » 14:20
Geri