sabirabadxeber.az / Ağdaşda oğul anasını öldürdü

Ağdaşda oğul anasını öldürdü

Ağdaşda oğul anasını qətlə yetirib.

"Sabirabadxəbər" xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb. 

Araşdırma aparılır.

N.Quliyeva

23.03.2026 » 09:50
Geri