sabirabadxeber.az / Ucarda qəza

Ucarda qəza

Ucarda yol qəzası olub, xəsarət alan var.


 "Sabirabadxəbər" APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb.


Rayonunun Alpout kənd sakini, 1995-ci il təvəllüdlü Abbasov Təbriz Namudar oğlunun idarə etdiyi “Hyundai Santa Fe” və Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Əbəciyev Kamran Əsəbömer oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillər toqquşub.


Nəticədə “Hyundai SantaFe”nin sərnişini, Ucar rayonunun Alpout kənd sakini, 1960-cı il təvəllüdlü Rzayeva Əminə Əlikişi qızı xəsarət alıb.

Fakt araşdırılır.


N.Səmədova

22.03.2026 » 21:30
Geri