sabirabadxeber.az / Axtarışda olan 34 nəfər saxlanıldı

Axtarışda olan 34 nəfər saxlanıldı

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


"Sabirabadxəbər" xəbər verir ki,  Daxili İşlər Nazirliyindən  bildirilib ki, martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


⁠Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.


⁠Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.


Martın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


N.Səmədova

22.03.2026 » 11:00
Geri