sabirabadxeber.az / Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

N.Quliyeva

21.03.2026 » 15:53
Geri