"Sabirabadxəbər" xəbər verir ki, 18.03.2026-cı il tarixində Ucar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Ucar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri keçirilmişdir.
✅Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında şahmata marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, məntiqi təfəkkürün inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və Novruz bayramı ənənələrinin təbliğ olunmasıdır.
▶️Turnirin qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş diplom və medallarla təltif olunmuşlar.
N.Quliyeva