"Sabirabadxəbər" xəbər verir ki, 18.03.2026-cı il tarixində Zərdab rayon Heydər Əliyev parkında Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evi SXM-in, Rayon təhsil sektorunun, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “NovrUZlaş” adlı bayram konserti keçirilmişdir.
Bayram konsertinin keçirilməsində əsas məqsəd Novruz bayramının milli-mənəvi dəyərlərini, adət-ənənələrini təbliğ etmək, rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili, xüsusilə uşaqların və gənclərin bayram əhval-ruhiyyəsinin yüksəldilməsi, cəmiyyət arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi olmuşdur. ✨🌿
N.Quliyeva