sabirabadxeber.az / Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


 "Sabirabadxəbər" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.


Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.


⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.


N.Səmədova

20.03.2026 » 14:53
Geri