"Sabirabadxəbər.az" xəbər verirki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında cüdo idman növü üzrə turniri keçirilmişdir.

Turnirin əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsini artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Turnirin yekununda qalib cüdoçular Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.