sabirabadxeber.az / İtkin düşən 14 nəfər tapıldı

İtkin düşən 14 nəfər tapıldı

Ötən gün itkin düşən 14 nəfər tapılıb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

N.Quliyeva

20.03.2026 » 09:50
Geri