Bakıda sürücü şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyüb.
"Sabirabadxəbər" xəbər verir ki, hadisə Xətai rayonu Xocalı prospekti 29 ünvanında baş verib. Tanınmış prodüser İlkin Həsəninin Avtosfer.az-a verdiyi məlumata görə, “Mercedes” markalı, 99-ZN-800 dövlət nömrə nişanlı avtomobilin Nəriman adlı sürücüsü martın 1-i məhəllənin girişindəki şlaqbaumu qıraraq həyətə daxil olub. Bu gün isə ərazidə şlaqbauma nəzarət edən 66 yaşlı mühafizəçini döyüb.
N.Səmədova