Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənc müəllimlərə partiya vəsiqələri təqdim edilib.
"Sabirabadxəbər" xəbər verir ki, Belə ki, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçıları olaraq, Sabirabad rayon Bahadır Şabanov adına Əhmədabad kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Veysəlov Aydın Niyaz oğlu çıxış edərək gənc müəllimlərə Yeni Azərbaycan Partiyasının vəsiqələrini təqdim edib. O, müəllimləri bu əlamətdar hadisə münasibətilə təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı ölkənin inkişafına töhfə verməklə yanaşı, onların şəxsi inkişafında da mühüm rol oynayır.
Sabirabad Xəbər İnformasiya Portalı