sabirabadxeber.az / Masazırda 38 yaşlı qadın DAYƏLİK ETDİYİ EVDƏ öldü

Masazırda 38 yaşlı qadın DAYƏLİK ETDİYİ EVDƏ öldü

Abşeron rayonunda yaşayış mənzilində dayə vəfat edib.


"Sabirabadxəbər" xəbər verir ki,  hadisə Masazır qəsəbəsində qeydə alınıb.


Belə ki, qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

19.03.2026 » 17:40
Geri