sabirabadxeber.az / XƏBƏRDARLIQ-Şimşək çaxacaq, dolu düşəcək

XƏBƏRDARLIQ-Şimşək çaxacaq, dolu düşəcək

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

N.Quliyeva

19.03.2026 » 15:37
Geri