"Sabirabadxəbər" məlumat verir ki, 17-18 mart 2026-cı il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin Nərimankənd, Minbaşı, Nizami, Bulaqlı, Qaratəpə və Yaxa Dəllək kənd mədəniyyət müəssisələrində kənd orta məktəblərin birgə təşkiıatçılığı ilə qədim el bayramı olan Novruz bayramı münasibətilə bayram tədbirləri təşkil olunub.
Tədbirlərdə kənd orta məktəblərin müəllimləri, şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və kənd sakinləri iştirak edib.
Ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgilər izləyicilərdə dərin təəssüratlar yaradıb.
Çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik edib, möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.
Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib.
Milli geyimli uşaqların ifasında təqdim olunan rəqslər, Kosa və Keçəlin şən çıxışları, eləcə də qədim xalq oyunları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
N.Quliyeva