sabirabadxeber.az / Rayon sakini dəm qazından zəhərləndi

Rayon sakini dəm qazından zəhərləndi

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü X. Məmmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə tapılıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

N.Quliyeva

19.03.2026 » 09:43
Geri