sabirabadxeber.az / Bu gün iş yerində müdirdən bunu tələb edə bilərsiniz

Bu gün iş yerində müdirdən bunu tələb edə bilərsiniz


Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq bu gün Azərbaycanda qısaldılmış iş günüdür.

"Sabirabadxəbər" xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq martın 19-u qısaldılmış iş günü sayılır. 

Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

N.Quliyeva

19.03.2026 » 08:50
Geri