Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
"Sabirabadxəbər" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməkdə ittiham olunan Turab Vəliyevin işi üzrə proses başa çatıb. Məhkəmənin hökmü ilə T.Vəliyev 13 il azadlıqdan məhrum edilib.
İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman T.Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılsa da cinauətin üstü açılmayıb, qətil tapılmayıb.
T.Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Araşdırmalar zamanı T.Vəliyevin 2010-cu ildə həmyerlisi M.Həsənovu q3tl3 yetirdiyi məlum olub.
N.Quliyeva