sabirabadxeber.az / Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.


“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:


“Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.


Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

29.01.2026 » 15:15
Geri