sabirabadxeber.az / Əli Həşimli federasiya prezidenti seçildi

Əli Həşimli federasiya prezidenti seçildi

Martın 18-də “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, yığıncaqda keçirilən səsverməyə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Eləcə də, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.

N.Quliyeva

18.03.2026 » 17:50
Geri