Səməd Vurğunun 120 illik yubileyi ilə əlaqədar deyirmi masa təşkil olunub.
"Sabirabadxəbər" məlumat verir ki, 16 mart 2026-ci il tarixində Sabirabad rayon Mərkəzi Kitabxanasında unudulmaz şairimiz Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbir çərçivəsində şairin həyat və yaradıcılığına dair maraqlı məruzələr dinlənilib, ədəbi irsi yad edilib.
Tədbirin əsas məqsədi böyük şairin zəngin yaradıcılığını təbliğ etmək, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri bir daha xatırlatmaq və gənc nəslə tanıtmaq olub. Dəyirmi masada kitabxana əməkdaşları, ədəbiyyatsevərlər və oxucular iştirak ediblər.
Tədbir zamanı çıxış edənlər Səməd Vurğunun həyat yolu, ədəbi fəaliyyəti və Azərbaycan poeziyasına gətirdiyi yeniliklər barədə geniş məlumat veriblər. Qeyd olunub ki, şairin vətənpərvərlik, humanizm və yüksək mənəvi dəyərləri əks etdirən əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır və oxucular tərəfindən böyük maraqla qarşılanır.
Dəyirmi masa çərçivəsində şairin yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib, onun poeziyasında Azərbaycan təbiətinin gözəllikləri, xalqın milli ruhu və vətənə məhəbbət mövzularının geniş yer aldığı vurğulanıb. İştirakçılar tərəfindən şairin məşhur şeirlərindən nümunələr səsləndirilib, yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən kitab və nəşrlərdən ibarət sərgi də nümayiş olunub. Sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar və ədəbi məqalələr oxucuların diqqətinə təqdim edilib.
Sonda tədbir iştirakçıları böyük şairin xatirəsini ehtiramla yad edib, onun zəngin ədəbi irsinin Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd ediblər. Vurğulanıb ki, Səməd Vurğunun yaradıcılığı gələcək nəsillər üçün də dəyərli mənəvi sərvət olaraq qalacaq.
N.Quliyeva