sabirabadxeber.az / Fabrikdəki güclü partlayış

Fabrikdəki güclü partlayış

Argentinanın paytaxtı Buenos-Ayresdəki kimya şirkətinin zavodunun anbarında güclü partlayış baş verib.

"Sabirabadxəbər.az" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış yanğına səbəb olub. Zərbə dalğası yaxınlıqdakı evlərə ziyan vurub, damları qismən uçurub. Yanğın qonşu fabrikə də keçib.

Qeyd olunur ki, yanğının miqyası lokallaşdırılıb.

29.01.2026 » 14:02
Geri