"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü M.Həsənov bədəninin və üzünün yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 25 yaşlı şəxs kabab çəkən zaman manqal alovlanıb. Bu zaman o ehtiyatsızlıqdan yanıq xəsarəti alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
N.Səmədova