sabirabadxeber.az / Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb

Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb

Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.


"Sabirabadxəbər" "Apa tv-yə istinadən xəbər verir ki, Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.


“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

17.03.2026 » 19:42
Geri