sabirabadxeber.az / Saatlıda “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçirilib

Saatlıda “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçirilib

🟢 Saatlıda “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbdə “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçilirib.  


🔊Mövzu ilə bağlı çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində mövcud olmuş və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılmışdır.

Bu isə öz növbəsində bizim malik olduğumuz və haqlı olaraq hər zaman qürur duyduğumuz multikulturalizm və tolerantlıq dəyərlərinin əsasını təşkil etmişdir.

Azərbaycanın görkəmli dövlət və din xadimləri, yaradıcı ziyalıları və elm adamları bu ənənələrin yaşadılmasında əsaslı rol oynamış onları nəsildən nəsilə ötürmüşlər.  

Sonra tədbir diskussiya formasında gənclərin aktiv iştirakı ilə davam etdirilib.


N.Quliyeva

17.03.2026 » 15:20
Geri