sabirabadxeber.az / Sabirabadda balacalar üçün “Bahar Sovqatı” tamaşası nümayiş olunub

Sabirabadda balacalar üçün “Bahar Sovqatı” tamaşası nümayiş olunub


"Sabirabadxəbər" məlumat verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində balacalar üçün “Bahar Sovqatı” adlı tamaşa nümayiş olunub. 


Tamaşada uşaqların sevimli obrazları olan Cırtdan, Kosa, Keçəl və Bahar qızı Novruz ənənələrini əks etdirən maraqlı səhnələrlə çıxış edərək balacalara bayram əhval-ruhiyyəsi bəxş ediblər.


Rəngarəng səhnə quruluşu və əyləncəli hadisələrlə müşayiət olunan tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Tamaşadan qısa videoçarxı təqdim edirik.


N.Quliyeva 

17.03.2026 » 11:20
Geri