"Sabirabadxəbər" məlumat verir ki, İmişlidə “Novruz kuboku” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyununun region birinciliyi keçirilib.
📆Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, MMRTİ-nin İmişli rayonu üzrə təhsil sektorunun və YARAT Təhsil və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat məktəbində “Novruz kuboku” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunun gənclər arasında rayon turniri keçirilib. Region birinciliyində 10 komanda olmaqla 50 nəfər iştirak edib.
🏆Yarışın nəticəsinə əsasən:
🥇I yer - “Fenomen” komandası
🥈II yer - “Xavi ruhu”komandası
🥉III yer - “Simurq” komandası layiq görülüblər.
🏆Yarışın yekununda ilk 3 yeri tutan komandalar MMRGİİ-nin diplomları ilə təltif olunublar.
N.Quliyeva