sabirabadxeber.az / Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.


 "Sabirabadxəbər" xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.


Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: "Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək".


N.Səmədova

16.03.2026 » 19:55
Geri