2025-ci ildə Milli Ödəniş Sistemi vasitəsilə 841 milyard manat və yaxud 495 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.
Ötən il aparılmış əməliyyatların sayı isə əvvəlki ilə nisbətən 13,9% artaraq 145,2 milyon ədəd olub.
N.Səmədova