sabirabadxeber.az / Göygöldə 30-cu “Poliqon” Gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib

Göygöldə 30-cu “Poliqon” Gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib

Gənclər və idman Nazirliyinin təşkilatçılıgı ilə Göygöldə 30 -cu "Poliqon " Gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.

 "Sabirabadxəbər" xəbər verir ki,  11-15 mart 2026-cı il tarixdə Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələrinin iştirakı ilə "Poliqon " hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.


  Düşərgənin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik, milli qürur,milli ləyaqət ruhunun gücləndirilməsi,onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdən ibarət olmuşdur.



N.Quliyeva

16.03.2026 » 13:42
Geri