sabirabadxeber.az / Yol qəzası - Xəsarət alan var

Yol qəzası - Xəsarət alan var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Qaz-31" "Mercedes" markalı maşınla toqquşub. 

Hadisə nəticəsində "Mercedes"də olan 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb. 

Ona əraziyə cəlb olunan təcili tibbi yardım briqadası  tərəfindən ilkin tibbi xidmət göstərilib.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

16.03.2026 » 11:21
Geri